Bakı 3˚C Dreary

Azərbaycan və Belçika Xəzərin külək enerjisi potensialının Şərqi Avropaya ixracını müzakirə edib

Xəbərlər 20:30 19 sen, 2022
Azərbaycan və Belçika Xəzərin külək enerjisi potensialının Şərqi Avropaya ixracını müzakirə edib

Azərbaycanın enerji təhlükəsizliyinin təminatına növbəti perspektiv töhfəsi kimi Xəzər dənizinin külək enerjisi potensialının Şərqi Avropaya ixracı ilə bağlı planlar müzakirə olunub.

"Qazet.az" Energetika Nazirliyinə istinadən xəbər verir ki, bu barədə energetika naziri Pərviz Şahbazov ilə Belçika Krallığının energetika naziri Tinne Van der Straeten arasında onlayn formatda keçirilən görüşdə müzakirələr aparılıb.

Görüşdə qlobal enerji gündəliyində olan məsələlər və Azərbaycanın enerji istehsalı və ixracı istiqamətində həyata keçirdiyi tədbirlər nəzərdən keçirilib. İki ildən az bir vaxtda Cənub Qaz Dəhlizi ilə Avropa ölkələrinə artan dinamika üzrə təbii qaz tədarük edildiyi, enerji sahəsində Avropa İttifaqı ilə yenilənmiş Strateji Tərərəfdaşlıq Sənədinə uyğun olaraq hazırda layihənin ötürücülük gücünün artırılmasının prioritet olduğu qeyd edilib.

“Həm təbii qaz tədarükünün artırılması, həm də külək enerjisinin ixracı üçün infrastruktura investisiyaların yatırılmasının və əməkdaşlığın vacibliyi vurğulanıb. Bu istiqamətdə Avropa İttifaqı ilə Azərbaycan arasında enerji dialoqunun əhəmiyyətindən bəhs edilib”, - məlumatda deyilir.

Görüşdə, həmçinin Belçika Krallığı ilə ikitərəfli enerji əməkdaşlığının imkanlarına dair fikir mübadiləsi aparılıb.