Azərbaycan və Bolqarıstan arasında əlaqələr müzakirə olundu
Siyasət
14:25 07 sen, 2022
İqtisadiyyat naziri Mikayıl Cabbarov Bolqarıstanın iqtisadiyyat və sənaye naziri Nikola Stoyanov ilə görüşüb.
Qazet.az xəbər verir ki, bu barədə azərbaycanlı nazir tvitter hesabında məlumat verib.
"Ölkələrimiz arasında iqtisadi əlaqələrin təşviqi, investisiya imkanlarının müəyyənləşdirilməsi, nəqliyyat-tranzit sahəsində əməkdaşlıq və Bolqarıstana qaz tədarükü ilə bağlı məsələləri müzakirə etdik", - deyə o, qeyd edib.
Bolqarıstanın iqtisadiyyat və sənaye (@MoEBulgaria) naziri Nikola Stoyanov ilə ölkələrimiz arasında iqtisadi əlaqələrin təşviqi, investisiya imkanlarının müəyyənləşdirilməsi, nəqliyyat-tranzit sahəsində əməkdaşlıq və Bolqarıstana qaz tədarükü ilə bağlı məsələləri müzakirə etdik. pic.twitter.com/C74TgicNOP
— Mikayil Jabbarov (@MikayilJabbarov) September 7, 2022