Bakı 31˚C Sunny

“Azərbaycan və Böyük Britaniya təhsil, biznes sahəsində əməkdaşlığı gücləndirir”

Siyasət 10:00 15 noy, 2022
“Azərbaycan və Böyük Britaniya təhsil, biznes sahəsində əməkdaşlığı gücləndirir”

"Azərbaycanın Böyük Britaniya ilə təhsil və biznes sahəsində əlaqələri daim möhkəmlənir".

Qazet.az xəbər verir ki, bu barədə Böyük Britaniyanın Azərbaycandakı səfiri Ferqus Old "tviter" səhifəsində yazıb.

O, paylaşımda “British Council”, Böyük Britaniyanın Azərbaycandakı Ticarət və Sənaye Palatası, Azərbaycan – Britaniya Məzunları İctimai Birliyi və London Biznes Məktəbinin nümayəndələri ilə görüşdüyünü bildirib.