Azərbaycan və Ermənistan Baş nazir müavinlərinin növbəti görüşü Brüsseldə keçiriləcək
Siyasət
20:11 31 avq, 2022
Azərbaycan və Ermənistanın Baş nazir müavinləri Şahin Mustafayev və Mher Qriqoryanın üçüncü görüşü Belçikanın paytaxtı Brüsseldə keçiriləcək.
Qazet.az xəbər verir ki, bu barədə Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyanla üçtərəfli görüşündən sonra mətbuata bəyanatında bildirib.
O, sərhədlərin delimitasiyası və sabit vəziyyətin ən yaxşı şəkildə təminatında irəlilıyiş barədə bütün məqamların nəzərdən keçirildiyini deyib, həmçinin komissiyanın növbəti iclasının noyabrda Brüsseldə keçirilməsi barədə razılıq əldə olunduğunu söyləyib.