Azərbaycan və Gürcüstan Qara dəniz sualtı elektrik xəttinin reallaşdırılmasını müzakirə edib
Gündəm
10:11 08 okt, 2022
Energetika naziri Pərviz Şahbazov Gürcüstanın baş nazirin müavini, iqtisadiyyat və davamlı inkişaf naziri Levan Davitaşvili ilə görüşüb.
Qazet.az xəbər verir ki, bu barədə azərbaycanl nazir "twitter"də yazıb.
"Qara dəniz sualtı elektrik xəttinin reallaşdırılması, elektrik enerjisinin ixracı və tranzit imkanlarının artırılması, eləcə də digər istiqamətlərdə enerji əməkdaşlığının genişləndirilməsini müzakirə etdik", - deyə o, qeyd edib.
🇬🇪Baş nazirin müavini, iqtisadiyyat və davamlı inkişaf naziri Levan Davitaşvili ilə Qara dəniz sualtı elektrik xəttinin reallaşdırılması, #Elektrikİxracı və #tranzit imkanlarının artırılması, eləcə də digər istiqamətlərdə enerji əməkdaşlığının genişləndirilməsini müzakirə etdik. pic.twitter.com/DDFLNbnom3
— Parviz Shahbazov (@ParvizShahbazov) October 8, 2022