Bakı 5˚C Showers

Azərbaycan və Hindistan peyvənd sertifikatlarının qarşılıqlı tanınması haqqında razılığa gəlib

Cəmiyyət 19:59 10 noy, 2021

Bunu Hindistanın səhiyyə naziri Mansuh Mandaviya bildirib

Azərbaycan və Hindistan peyvənd sertifikatlarının qarşılıqlı tanınması haqqında razılığa gəlib

"Azərbaycan və Hindistan COVID-19-a qarşı peyvənd sertifikatlarının qarşılıqlı tanınması haqqında razılığa gəliblər".

Qazet.az xəbər verir ki, bunu Hindistanın səhiyyə naziri Mansuh Mandaviya bildirib.

“İndiyədək 96 ölkə ilə peyvənd sertifikatlarının qarşılıqlı tanınması haqqında razılıq əldə olunub. Bu ölkələrdən gələn şəxslərə Səhiyyə Nazirliyinin tövsiyələrində nəzərdə tutulmuş müəyyən yumşalmalar tətbiq ediləcək”, - nazir deyib.

Qeyd edək ki, bu sıraya Azərbaycan, Türkiyə, Ukrayna, Qazaxıstan, Rusiya, Gürcüstan və digər ölkələr daxildir.