Azərbaycan və İran xarici işlər nazirləri regiondakı vəziyyəti müzakirə ediblər
Siyasət
21:51 15 okt, 2022
Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov ilə İran xarici işlər naziri Hüseyn Əmir Abdullahian telefon danışığı zamanı regionda mövcud olan cari vəziyyəti müzakirə ediblər.
Bu barədə Qazet.az-a Azərbaycan Xarici İşlər Nazirliyindən məlumat verilib.
Nazirlər iki dövlətin liderlərinin Astanada baş tutmuş görüşünün davamı olaraq bir sıra məsələlər, o cümlədən ikitərəfli gündəliyin aktual mövzuları üzrə fikir mübadiləsi aparıblar.
Telefon danışığı zamanı beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq, habelə qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə edilib.