Azərbaycan və İspaniya arasında memorandum imzalandı
Siyasət
17:22 07 sen, 2022
Azərbaycanın ADA Universiteti ilə İspaniyanın Xarici İşlər, Avropa İttifaqı və Əməkdaşlıq Nazirliyinin Diplomatik Məktəbi arasında anlaşma memorandumu imzalanıb.
Qazet.az xəbər verir ki, bu barədə Azərbaycan XİN tviterdə məlumat yayıb.
Sənədə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və ispaniyalı həmkarı Xose Manuel Albaros qol çəkib.
“Memorandum təhsil və bilik mübadiləsi sahəsində təkan verəcək”, - nazirlikdən bildirib.
Signing ceremony of the MoU between the @ADAUniversity and the Diplomatic School of the Ministry of Foreign Affairs, European Union and Cooperation @SpainMFA by @bayramov_jeyhun and @jmalbares. The MoU will provide an impetus in the field of education and exchange of knowledge. pic.twitter.com/YvDy4aTURs
— MFA Azerbaijan 🇦🇿 (@AzerbaijanMFA) September 7, 2022