Bakı 3˚C Mostly sunny

“Azərbaycan və İsrail lazer silahları ilə bağlı danışıqlar aparır”

Gündəm 21:23 23 noy, 2022
“Azərbaycan və İsrail lazer silahları ilə bağlı danışıqlar aparır”

“Müxtəlif görüşlər zamanı İsrail və Azərbaycan hərbi əməkdaşlığın inkişaf perspektivlərini daim müzakirə edirlər”.

Qazet.az xəbər verir ki, bunu “İsrail erməniləri” qəzetinin baş redaktoru Artyom Çernamoryan deyib.

Onun sözlərinə görə, aprelin 24-də Liberman təkcə ordu generalları ilə deyil, mülki müdafiə sektorunun və Fövqəladə Hallar Nazirliyinin nümayəndələri ilə də görüşmüşdü.

“İndi mən İsrail tərəfinin bu cür təşəbbüsünü İranda baş verən son hadisələrlə əlaqələndirirəm. İsrail mediası İranda etirazların davam etdiyini yazır, dinc əhalinin öldürüldüyü qeyd edilir, hətta 54 uşağın öldürüldüyü bildirilir. Təsadüfi deyil ki, İranda baş verən hadisələrlə yanaşı, İsrail Azərbaycanla əməkdaşlığı dərinləşdirməyi təklif edir. Bunun bir neçə səbəbi var. Birincisi, İranda baş verən hadisələr. İkincisi, İran Rusiyanı silahlandırmağa başlayıb, siz yaxşı bilirsiniz ki, Rusiyaya PUA-lar satılıb. Bu yaxınlarda Tehran və Moskvanın Rusiya ərazisində birgə PUA müəssisəsi yaradacağı ilə bağlı açıqlama verildi. Yəni İran təcrübəsindən, İran PUA-larının komponentlərindən istifadə edərək Rusiya öz ölkəsinin daxilində belə bir müəssisə açmağa qərar verib. Rusiya-İran hərbi əməkdaşlığı İsrailə sərfəli deyil və İsrail müəyyən hərbi komponentləri Ukraynaya ötürəcəyini açıqlayıb. İndi İran-Rusiya münasibətlərinin inkişafı fonunda Azərbaycan İsraildə səfirlik açmaq qərarına gəlir. Bəlkə də başqa səbəblər var, amma bunlar əsasdır”, - deyə Çernamoryan qeyd edib.

Erməni ekspert bildirib ki, Ermənistana qarşı hər zaman təhlükə var və bu, getdikcə artır.

“Qeyd etmişəm ki, 2020-ci il müharibəsindən sonra İsraillə Azərbaycan arasında təxminən 2 milyard ABŞ dolları dəyərində silah müqavilələri imzalanıb və söhbət təkcə PUA parkının doldurulmasından getmir, həm də bir neçə yeni silahdan, əsasən hava hücumundan müdafiə sistemlərindən gedir. Deyirlər Azərbaycan İsrailin “Dəmir günbəz” sistemini satdığı yeganə ölkədir ki, bu hətta müharibə zamanı da Azərbaycana öz havasını qorumağa kömək edib. Bunun heç bir sübutu yoxdur, Bakı yəhudiləri İsraildə bu haqda danışırlar və bu, Azərbaycanda da çox məşhur tezisdir. Bəlkə bizim Müdafiə Nazirliyində belə məlumatlar var. İsrail həmçinin lazer silahlarını təkmilləşdirir və bu barədə Azərbaycanla da danışıqlar aparır. Söhbət hələ heç bir ölkəyə satılmayan, lakin ABŞ-da dərin maraq göstərilən “Drone Dome”dan da gedir. Oxşar sistemlərimiz yoxdur, çox çətin olacaq. Rusiya ona ödədiyimiz pulun müqabilində geridə qalmış silahlarını bizə verməyə tələsmir. Rus silahları ilə bu qabaqcıl texnologiyalara qarşı necə mübarizə aparacağımızı bilmirəm”, - deyə Çernamoryan əlavə edib.