Bakı 25˚C Partly sunny

Azərbaycan və İtaliya arasında hərbi təlimlərlə bağlı sənəd imzalanıb

Gündəm 15:23 12 yan, 2023
Azərbaycan və İtaliya arasında hərbi təlimlərlə bağlı sənəd imzalanıb

Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənovla İtaliyanın müdafiə naziri Quido Krosetto təlim və təhsil sahəsində əməkdaşlıq haqqında niyyət protokolunu imzalayıblar.

Qazet.az xəbər verir ki, imzalanma mərasimi yanvarın 12-də nazirlərin görüşündən sonra keçirilib.

Görüşdə Azərbaycan və İtaliya arasında hərbi, hərbi-texniki və hərbi təhsil sahəsində əməkdaşlığın daha da genişləndirilməsi, eləcə də qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə olunub.

Qeyd edək ki, yanvarın 12-də Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov İtaliyanın müdafiə naziri Quido Krosettonun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.