Azərbaycan və Qazaxıstan arasında İşgüzar Şura yaradılacaq
Siyasət
12:45 01 avq, 2022
Qazaxıstanın Azərbaycandakı səfiri Serjan Abdıkərimovla AZPROMO-nun rəhbəri Yusif Abdullayev arasında görüş keçirilib
Azərbaycan və Qazaxıstan arasında İşgüzar Şura yaradılacaq.
İxracın və İnvestisiyaların Təşviqi Agentliyindən (AZPROMO) Qazet.az-a verilən məlumata görə, qeyd olunan məsələyə dair fikir mübadiləsi Qazaxıstanın Azərbaycandakı səfiri Serjan Abdıkərimovla AZPROMO-nun rəhbəri Yusif Abdullayev arasında keçirilən görüşdə aparılıb.
Tərəflər həmçinin ölkələr arasında iqtisadi-ticarət tərəfdaşlığının genişləndirilməsi, biznes dairələri arasında əlaqələrin inkişafı məsələlərinə də toxunublar.