Azərbaycan və Rusiya rəsmiləri gömrükdə olublar
Baş nazirin müavini Şahin Mustafayevin rəhbərlik etdiyi nümayəndə heyətinin üzvləri, Rusiya Hökuməti sədrinin müavini Aleksey Overçuk, Rusiyanın iqtisadi inkişaf naziri Maksim Reşetnikov və digər həmkarlarla birlikdə Azərbaycan-Rusiya sərhədində bir neçə gömrük-sərhəd buraxılış məntəqəsində olub, görüşlər keçirib.
Qazet.az xəbər verir ki, bu barədə İqtisadiyyat naziri Mikayıl Cabbarov "Twitter"də yazıb.
"Məntəqələrdə infrastrukturun modernləşdirilməsi, iki ölkə arasında #iqtisadi əlaqələr barədə müzakirələr apardıq", - deyə o, qeyd edib.
Baş nazirin müavini Şahin Mustafayevin rəhbərlik etdiyi nümayəndə heyətinin üzvləri, Rusiya Hökuməti sədrinin müavini Aleksey Overçuk, Rusiya Federasiyasının iqtisadi inkişaf naziri Maksim Reşetnikov və digər həmkarlarla birlikdə #Azərbaycan-#Rusiya sərhədində bir
— Mikayil Jabbarov (@MikayilJabbarov) October 27, 2022
1/2