Azərbaycan və Rusiya Şuşadakı etiraz aksiyasını müzakirə etdi
Dekabrın 22-də Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrovla Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov arasında telefon danışığı olub.
Qazet.az xəbər verir ki,, telefon danışığı zamanı Laçın dəhlizinin bağlanması və regionda filiz yataqlarının işlənməsinə dair tərəflər arasında fikir ayrılıqlarının olması səbəbindən Rusiya sülhməramlı kontingentinin məsuliyyət zonasında gərginləşən vəziyyət müzakirə olunub.
“Sergey Lavrov Qarabağ və Ermənistan arasında Laçın dəhlizi boyunca maneəsiz kommunikasiyanın təmin edilməsinə dair üçtərəfli sazişlərə ciddi riayət olunmasının vacibliyini vurğulayıb.
İrəvanın bu il dekabrın 23-nə planlaşdırılan Moskvada Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin sülh müqaviləsinin hazırlanmasını müzakirə etmək üçün keçiriləcək görüşdən iştirakdan imtina etmək qərarına görə təəssüfləndiyi bildirilib.
Rusiya, Azərbaycan və Ermənistan liderlərinin 9 noyabr 2020-ci il, 11 yanvar və 26 noyabr 2021-ci il, eləcə də 31 oktyabr 2022-ci il tarixli üçtərəfli bəyanatlarının icrası istiqamətində ritmik işin davam etdirilməsinin vacibliyi vurğulanıb”, - deyə məlumatda qeyd olunub.
Qaynaq