Bakı 1˚C Cloudy

Azərbaycan və Rusiya XİN başçıları üçtərəfli bəyanatın icrasını müzakirə ediblər

Gündəm 01:18 09 noy, 2021

Tərəflər, həmçinin ikitərəfli əməkdaşlıq gündəliyi ilə bağlı fikir mübadiləsi aparıblar.

Azərbaycan və Rusiya XİN başçıları üçtərəfli bəyanatın icrasını müzakirə ediblər

Noyabrın 8-də Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov və Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrov arasında telefon danışığı baş tutub.

Azərbaycan Xarici İşlər Nazirliyindən qazet.az-a verilən məlumata görə, nazirlər 10 noyabr 2020-ci ildə imzalanmış üçtərəfli bəyanatın bir ilinin tamam olması astanasında birgə bəyanatın icrası ilə bağlı məsələləri müzakirə ediblər.

Tərəflər, həmçinin ikitərəfli əməkdaşlıq gündəliyi ilə bağlı fikir mübadiləsi aparıblar.