Azərbaycan və Rusiyanın arasında yeni razılıq
Rusiyanın Ryazan vilayəti Hökuməti ilə İxracın və İnvestisiyaların Təşviqi Agentliyində (AZPROMO) arasında qarşılıqlı investisiya və ixrac imkanları barədə informasiya mübadiləsinə dair razılıq əldə olunub.
Bu barədə Qazet.az-a Agentlikdən bildirilib.
Məlumata görə, Ryazan vilayəti Hökumətinin sədr müavini Artyom Nikitinin rəhbərlik etdiyi nümayəndə heyəti İxracın və İnvestisiyaların Təşviqi Agentliyində (AZPROMO) olub.
AZPROMO-nun rəhbəri Yusif Abdullayev Agentliyin fəaliyyət istiqamətləri, əsas hədəfləri, Azərbaycanda yaradılmış əlverişli biznes və investisiya mühiti barədə məlumat verib, iş adamları arasında əlaqələrin genişləndirilməsi sahəsində birgə görülən işlər haqqında danışıb.
Ryazan vilayəti Hökumətinin sədr müavini Artyom Nikitinin Ryazan vilayətinin biznes imkanlarından bəhs edib, əməkdaşlığın inkişafının önəmini vurğulayıb.