Bakı 7˚C Mostly sunny

Serbiya ilə regional təhlükəsizlik müzakirə olundu

Siyasət 09:18 23 sen, 2022
Serbiya ilə regional təhlükəsizlik müzakirə olundu

Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ABŞ-ın Nyu-York şəhərində BMT Baş Assambleyasının 77-ci sessiyasının yüksək səviyyəli həftəsi çərçivəsində Serbiyanın xarici işlər naziri Nikola Selakoviçlə regional təhlükəsizlik məsələlərini müzakirə edib.

Qazet.az-ın məlumatına görə, Azərbaycanın xarici siyasət idarəsinin rəhbəri bu barədə tviter hesabında yazıb.

“Serbiyanın XİN rəhbəri Nikola Selakoviçlə görüşməkdən və Azərbaycanla Serbiya arasında dostluq və strateji tərəfdaşlıq, beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq, o cümlədən regional təhlükəsizlik gündəliyində duran məsələləri müzakirə etməkdən məmnunam”, - Ceyhun Bayramov sosial şəbəkə hesabında qeyd edib.