Bakı 7˚C Mostly sunny

Azərbaycan və Sinqapur XİN başçıları ikitərəfli tərəfdaşlığın genişləndirilməsini müzakirə ediblər

Siyasət 09:15 24 sen, 2022
Azərbaycan və Sinqapur XİN başçıları ikitərəfli tərəfdaşlığın genişləndirilməsini müzakirə ediblər

Nyu-Yorkda BMT Baş Assambleyasının 77-ci sessiyasının yüksək səviyyəli həftəsi çərçivəsində Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Sinqapurun xarici işlər naziri Vivian Balakrişnan ilə görüşüb.

Qazet.az xəbər verir ki, bu barədə Azərbaycanın XİN başçısı tviterdə yazıb.

“BMT Baş Assambleyasında Sinqapurun xarici işlər naziri Vivian Balakrişnan ilə görüşməkdən məmnunam. Biz regional məsələləri, Azərbaycan və Sinqapur arasında ikitərəfli tərəfdaşlığın genişləndirilməsi perspektivlərini müzakirə etdik”, - o qeyd edib.