Bakı 18˚C Partly sunny w/ showers

Azərbaycan və Tacikistan investisiya üzrə əməkdaşlığı müzakirə edib

Gündəm 13:27 08 okt, 2021

Bu barədə Tacikistan XİN məlumat yayıb

Azərbaycan və Tacikistan investisiya üzrə əməkdaşlığı müzakirə edib

Azərbaycanın iqtisadiyyat nazirinin müavini Rövşən Nəcəf və Tacikistanın xarici işlər nazirinin müavini Şərəf Şerəlizod arasında videokonfrans formatında görüş keçirilib.

Qazet.az AVESTA informasiya agentliyinə istinadən xəbər verir ki, bu barədə Tacikistan XİN məlumat yayıb.

Tərəflər ötən gün baş tutan görüşdə iki ölkə arasında ticari-iqtisadi və investisiya əməkdaşlığının dəyinləşdirilməsi məsələlərini müzakirə ediblər.

İki ölkənin bir sıra nümayəndələri investisiya imkanları, azad iqtisadi zonalar, birgə müəssisələrin yaradılması və Tacikistanda birgə logistika mərkəzlərinin yaradılması haqqında təqdimatlarla çıxış ediblər.

Tərəflər həmçinin iki ölkənin dövlət və özəl sektorları səviyyəsində istifadə edilməmiş əməkdaşlıq imkanlarının inkişaf etdirilməsinin zəruriliyini bildirib və bu istiqamətin inkişafı baxımından kiçik və orta biznes üzrə mütəmadi forumların keçirilməsinin səmərəli rolunu vurğulayıblar.