Azərbaycan və Türkiyə arasında yeni qaz müqaviləsi imzalanıb
Bu barədə Türkiyənin enerji və təbii sərvətlər naziri Fatih Dönmez bildirib
Azərbaycan və Türkiyə arasında yeni qaz müqaviləsi imzalanıb.
Qazet.az-ın “Anadolu” agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə Türkiyənin enerji və təbii sərvətlər naziri Fatih Dönmez bildirib.
Onun sözlərinə görə, Azərbaycan və Türkiyə 2024-cü ilin sonuna qədər qüvvədə olacaq və Bakı-Tbilisi-Ərzurum xətti ilə nəql ediləcək əlavə 11 milyard kubmetr təbii qaz ticarəti müqaviləsi imzalanıb.
O qeyd edib ki, Türkiyə əlavə təbii qaz təchizatı mövzusunda əhəmiyyətli irəliləyişlər əldə edib: "Türkiyənin ciddi bir enerji böhranı ilə üzləşdiyi dövrü, uğurlu bir diplomatiya ilə aşacağını vurğulayan Dönmez qeyd edib ki, qış yaxınlaşdıqca arta biləcək təbii qaz tələbatının qarşılanması üçün aparılan danışıqlar müsbət bir şəkildə davam edir".
O bildirib ki, bu baxımdan, 2024-cü ilin sonuna qədər qüvvədə olacaq Bakı-Tbilisi-Ərzurum xəttindən 11 milyard kubmetrlik əlavə təbii qaz ticarət müqaviləsi Azərbaycanla imzalanıb.