"Azərbaycan və Türkiyə ilə müqavilələr imzalanmalıdır" - Petrosyan
"Çətin, ağrılı qərarlarla qarşılaşırıq".
"Qazet.az" xəbər verir ki, bunu Ermənistanın ilk prezidenti Levon Ter-Petrosyan ölkənin İctimai Televiziyasına açıqlamasında deyib.
Onun sözlərinə görə, Azərbaycan və Türkiyə ilə heç kimin bəyənməyəcəyi müqavilələr imzalanmalıdır, amma alternativin olmadığı bir məqam var.
“Əgər sənəd imzalanmasa, bu iki qonşu ilə sülh bağlanmasa, biz artıq Sovet İttifaqının 70 illik reallıqlarını bərpa edə bilmərik. Biz yenidən dövlət qurmalıyıq” dedi.
Sabiq prezident deyib ki, o, Paşinyan hakimiyyəti ilə dialoq təklif edib.
“Çünki cəmiyyətimizin baş verənlərdən xəbəri yoxdur. Bu məlumatı yalnız bir nəfər, Nikol Paşinyan bilir. Ola bilsin ki, bu məlumatı yaxın ətrafı ilə bölüşür. Bütün həqiqəti bilən iki-üç adam ola bilər", - deyə Petrosyan vurğulayıb.
"Müxalifətin əksəriyyəti hesab edir ki, Paşinyandan qurtula bilsələr, o zaman çətin qərarlardan qaça bilərik. Bu sadəlövhlükdür", - o deyib.