Azərbaycan və Türkiyə müdafiə nazirlərinin görüşü olub
Gündəm
19:33 25 okt, 2022

Türkiyədə işgüzar səfərdə olan Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov oktyabrın 25-də bu ölkənin milli müdafiə naziri Hulusi Akar ilə görüşüb.
Bu barədə Qazet.az-a Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib.
Görüşdə hərbi, hərbi-texniki, hərbi-təhsil və digər sahələrdə əməkdaşlığın daha da inkişaf etdirilməsi, eləcə də regional təhlükəsizlik məsələlərinə dair ətraflı fikir mübadiləsi aparılıb.