Bakı 4˚C Intermittent clouds

Azərbaycan və Türkiyə qırıcıları səmada: Şərti düşmənin hücumunu dəf etdilər

Gündəm 15:04 15 sen, 2021

Azərbaycan və Türkiyənin hərbi təyyarələri müxtəlif epizodlar üzrə döyüş uçuşları davam edir

Azərbaycan və Türkiyə qırıcıları səmada: <span style="color:red">Şərti düşmənin hücumunu dəf etdilər</span>

Türkiyə Respublikasının Konya şəhərində keçirilən “TurAz Şahini - 2021” birgə taktiki-uçuş təlimlərində Azərbaycan və Türkiyənin hərbi təyyarələri müxtəlif epizodlar üzrə döyüş uçuşları həyata keçiriblər.

Bu barədə Qazet.az-a Müdafiə Nazirliyindən məlumat verilib.

Təlimin planına əsasən şərti düşmənin qırıcı aviasiyasının hücumunu dəf etmək, hava hücumundan müdafiə vasitələrindən aldadıcı manevrlərlə yayınmaq və təyin olunan yerüstü hədəflərinə zərbələr endirmək tapşırıqları üzrə əməliyyat uçuşları yerinə yetirilib.

Qarşıya qoyulan döyüş tapşırıqları hər iki ölkənin hərbi pilotları tərəfindən uğurla icra olunub.

Təlimlər davam edir.