Bakı 11˚C Mostly cloudy

Azərbaycan və Türkiyə XİN sözçülərinin görüşü olub

Siyasət 17:16 05 mar, 2022

Qardaş Türkiyədən olan həmkarım

Azərbaycan və Türkiyə XİN sözçülərinin görüşü olub

Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva ilə Türkiyə Xarici İşlər Nazirliyinin sözçüsü Tanju Bilgiç arasında görüş olub.

Qazet.az xəbər verir ki, bunu L.Abdullayeva tviter səhifəsində yazıb.

“Qardaş Türkiyədən olan həmkarım, Türkiyə Xarici İşlər Nazirliyinin sözçüsü Tanju Bilgiçlə Bakıda görüşdük və çox maraqlı fikir mübadiləsi apardıq”, - o bildirib.