Bakı 7˚C Dreary

Bu ölkə Azərbaycan vətəndaşlarını ölkəsinə girməyi qadağan etdi - Şok

Gündəm 17:39 20 okt, 2022
Bu ölkə Azərbaycan vətəndaşlarını ölkəsinə girməyi qadağan etdi - Şok

Yunanıstan qeyri-rəsmi olaraq yalnız Türkiyə və Azərbaycan vətəndaşlarına Cənubi Kiprə getməyi qadağan edir.

Qazet.az xəbər verir ki, bu barədə Mətbuat Şurasının İdarə Heyətinin üzvü, jurnalist Yadigar Məmmədli məlumat verib.

Yadigar Məmmədli bildirib ki, oktyabrın 19-da Avropa Mətbuat Şuraları Alyansının (AİPCE) Cənubi Kiprdə keçirilən illik toplantısına qatılmaq üçün Afinaya yollanıb:

“Amma orda yunan Kiprinə söylədiyim səbəb üzündən buraxılmadım. Afina hava limanında 5 saatlıq mücadiləm də müsbət nəticə vermədi. Məsələyə məni dəvət edən tərəfin, Avropa Mətbuat Şuralarının müdaxilə etməsinin də xeyri olmadı”.