Bakı 21˚C Windy

Azərbaycan vətəndaşları ən çox hansı telefonlardan istifadə edir?

Biznes 18:11 07 yan, 2022

Ölkədə bu telefonların bazar payı 35% təşkil edib

Azərbaycan vətəndaşları ən çox hansı telefonlardan istifadə edir?

Azərbaycanda ən çox satılan mobil telefon markaları açıqlanıb. 

Qazet.az xəbər verir ki, bu barədə “Global Stats” məlumat yayıb.

2021-ci ildə Koreya brendi olan “Samsung” telefonları ən çox satılan mobil telefonlar sırasında olub. İllik göstəriciyə görə Samsung-un Azərbaycanda satılan telefonlarda payı 43% təşkil edib. Kontakt Home mağazalarında Samsung-un ən ucuz qiyməti 240 manat (Samsung Galaxy A03 Core), ən bahalısı isə 4 200 manatdır (Samsung Galaxy Z Fold 3).

İkinci sırada Çin istehsalı olan Xiaomi telefonlarıdır. Ölkədə bu telefonların bazar payı 35% təşkil edib. Xiaomi-nin qiymətləri 530 manatdan 1 500 manatadək dəyişir.

ABŞ brendi iPhone satışları isə Azərbaycanda payı daha öncəki illə müqayisədə güclənib. Son bir ildə iPhone 14%-dən 18%-ə qədər yüksəlib. iPhone-un isə ən son modeli 4090 manat təşkil edir.