Azərbaycan XİN başçısı: "Biz vaksinlərin ədalətli paylanmasını təmin etməliyik"
Siyasət
16:06 04 noy, 2021
“Prezident İlham Əliyev dəfələrlə müxtəlif beynəlxalq təsisatlarda bununla bağlı çıxışlar edib, təkliflər səsləndirib"
“Vaksinlər ədalətli şəkildə ölkələr arasında paylanmalıdır. Azərbaycan ilk ölkələrdən biridir ki, bu məsələyə münasibətini ortaya qoyur”.
Qazet.az-ın xəbərinə görə, bu fikirləri Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Qlobal Bakı Forumu çərçivəsində “Post-COVID-19 dövründə qlobal çağırışlar” mövzusunda keçirilən panel müzakirələri zamanı deyib.
“Prezident İlham Əliyev dəfələrlə müxtəlif beynəlxalq təsisatlarda bununla bağlı çıxışlar edib, təkliflər səsləndirib. Biz vaksinlərin ədalətli paylanmasını təmin etməliyik”, - nazir vurğulayıb.