Azərbaycan XİN Gürcüstana başsağlığı verib
Gündəm
14:44 09 okt, 2021
Azərbaycan Xarici İşlər Nazirliyi Gürcüstana başsağlığı verib
Azərbaycan Xarici İşlər Nazirliyi Gürcüstana başsağlığı verib.
Qazet.az bildirir ki, bu barədə XİN-in "Twitter" hesabında bildirilib.
"Gürcüstanın Batumi şəhərində yeddimərtəbəli yaşayış binasının çökməsi xəbəri bizi çox kədərləndirdi. Hadisə nəticəsində həlak olanların ailələrinə başsağlığı verir, yaralıların tezliklə şəfa tapmasını diləyirik. Azərbaycan dost Gürcüstanla həmrəyliyini ifadə edir", - qeyd olunub.
Xatırladaq ki, Batumidə binanın çökməsi nəticəsində 6 nəfər ölüb. Gürcüstanın daxili işlər naziri Vaxtanq Qomelauri hadisə ilə əlaqədar 3 nəfərin saxlanıldığını, daha 3 nəfərin isə axtarışlarının davam etdirildiyini açıqlayıb.