Bakı 23˚C Sunny

Azərbaycan XİN: "İran ilə əməkdaşlığın daha da inkişafını səbirsizliklə gözləyirik"

Siyasət 15:50 12 mar, 2022

Bu gün Azərbaycan və İran arasında diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümüdür

Azərbaycan XİN: "İran ilə əməkdaşlığın daha da inkişafını səbirsizliklə gözləyirik"

Azərbaycan və İran arasında diplomatik əlaqələrin yaradılmasından 30 il ötür.

Qazet.az xəbər verir ki, Azərbaycan Xarici İşlər Nazirliyi bu münasibətlə tviter səhifəsində paylaşım edib.

“Bu gün Azərbaycan və İran arasında diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümüdür. Biz bu münasibətlə İran hökuməti və xalqına ən xoş arzularımızı çatdırırıq. Azərbaycan və İran arasında əməkdaşlığının daha da inkişafını səbirsizliklə gözləyirik”, - nazirlikdən bildirilib.