Bakı -11˚C Flurries

Azərbaycan XİN Seneqalı təbrik etdi

Siyasət 20:07 04 apr, 2022

Bu barədə Azərbaycan XİN-in Tvitter səhifəsində paylaşım edilib

Azərbaycan XİN Seneqalı təbrik etdi

Azərbaycanın Xarici İşlər Nazirliyi Seneqalı Milli Gün münasibətilə təbrik edib.

Qazet.az xəbər verir ki, bu barədə Azərbaycan XİN-in Tvitter səhifəsində paylaşım edilib.

“Seneqal Respublikasının Milli Günü münasibətilə Seneqal hökumətinə və xalqına ən xoş arzularımızı, səmimi təbriklərimizi çatdırırıq. Milli Günün mübarək, Seneqal!”, - paylaşımda deyilir.