Bakı -4˚C Intermittent clouds

Azərbaycan XİN Şimali Makedoniyaya başsağlığı verib

Siyasət 13:53 23 noy, 2021

Bolqarıstanda avtobusun yanması nəticəsində 12-si uşaq olmaqla 46 nəfər Şimali Makedoniya vətəndaşı həlak olub

Azərbaycan XİN Şimali Makedoniyaya başsağlığı verib

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Şimali Makedoniyaya başsağlığı verib.

Qazet.az xəbər verir ki, XİN-in tviter paylaşımında deyilir:

“Bolqarıstanın qərbində magistral yolda avtobusun qəzaya uğraması nəticəsində əksəriyyəti Şimali Makedoniyadan olan turistlər olmaqla onlarla insanın həlak olması xəbəri bizi dərindən kədərləndirdi. Faciəli qəzada həlak olanların ailələrinə, Şimali Makedoniya xalqına və hökumətinə dərin hüznlə başsağlığı veririk”.

Qeyd edək ki, Bolqarıstanda avtobusun yanması nəticəsində 12-si uşaq olmaqla 46 nəfər Şimali Makedoniya vətəndaşı həlak olub.