Azərbaycan XİN Türkiyəyə başsağlığı verib
Siyasət
16:18 30 noy, 2021
Azərbaycan İstanbulda qasırğada ölən və yaralananlara görə Türkiyəyə başsağlığı verib
Azərbaycan Xarici İşlər Nazirliyi Türkiyənin İstanbul şəhərində qasırğa nəticəsində ölən və yaralananların olmasına görə başsağlığı verib.
Başsağlığı mətnində deyilir:
“Qardaş Türkiyənin İstanbul şəhərində qasırğanın ölüm hallarına, yaralıların olmasına və dağıntılara səbəb olması bizi dərindən kədərləndirdi. Təbii fəlakət nəticəsində dünyasını dəyişənlərin ailələrinə başsağlığı verir, yaralılara Allahdan şəfa diləyirik”.