Azərbaycan yanvarda Türkiyədən 526 min dollarlıq xalça alıb
Biznes
16:45 04 fev, 2022
Ötən ay Türkiyənin ümumi xalça ixracının dəyəri isə illik müqayisədə 15,6% az - 198,754 milyon dollar təşkil edib
![Azərbaycan yanvarda Türkiyədən 526 min dollarlıq xalça alıb](https://qazet.az/resized/fit900x500/center/pages/53655/626ce2e3-aa06-48d5-a44b-c268d73a6394.jpeg)
Bu ilin yanvar ayında Türkiyə Azərbaycana 526 min ABŞ dolları dəyərində xalça ixrac edib.
Qazet.az Türkiyə İxracatçılar Məclisinə (TİM) istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 9,2% çoxdur.
Ötən ay Türkiyənin ümumi xalça ixracının dəyəri isə illik müqayisədə 15,6% az - 198,754 milyon dollar təşkil edib. Qonşu ölkənin xalçasının ən böyük idxalçıları ABŞ (62,88 milyon dollar, 34,4% az), Böyük Britaniya (12,477 milyon dollar, 8,7% çox) və Almaniya (11,523 milyon dollar, 20,6% az) olub.