Bakı 32˚C Sunny

Azərbaycan yanvarda Türkiyədən avtomobil sənayesi məhsullarının idxalını 50 % artırıb

Biznes 18:30 04 fev, 2022

Türkiyə Azərbaycana 13,627 milyon ABŞ dolları dəyərində avtomobil sənayesi məhsulları ixrac edib

Azərbaycan yanvarda Türkiyədən avtomobil sənayesi məhsullarının idxalını 50 % artırıb

Bu ilin yanvar ayında Türkiyə Azərbaycana 13,627 milyon ABŞ dolları dəyərində avtomobil sənayesi məhsulları ixrac edib.

Qazet.az Türkiyə İxracatçılar Məclisinə (TİM) istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 50% çoxdur.

Ötən ay Türkiyənin ümumi avtomobil sənayesi məhsulları ixracının dəyəri isə illik müqayisədə 1,6% az – 2 230,189 milyon dollar təşkil edib. Qonşu ölkənin avtomobil sənayesi məhsullarının ən böyük idxalçıları Almaniya (324,680 milyon dollar, 1,1% çox), Böyük Britaniya (268,160 milyon dolar, 33,6% çox) və Fransa (182,112 milyon dollar, 40,3% az) olub.