Azərbaycan yığmasının məşqçisi Türkiyədə ürəktutmadan vəfat edib
İdman
17:13 12 noy, 2021
Federasiya məşqçinin vaxtsız vəfatından kədərləndiyini bildirir
Qılıncoynatma üzrə Azərbaycan milli komandasının məşqçisi Cahangir Səfərov vəfat edib.
Qazet.az-ın Azərbaycan Qılıncoynatma Federasiyasının rəsmi saytına istinadən məlumatına görə, 53 yaşlı mütəxəssis “European Cadet Circuit” turniri ilə əlaqədar Türkiyənin İstanbul şəhərində səfərdə olarkən qəfil ürək tutmasından dünyasını dəyişib.
Federasiya məşqçinin vaxtsız vəfatından kədərləndiyini bildirir, yaxınlarına dərin hüznlə başsağlığı verir.
Allah rəhmət eləsin!