"Azərbaycana digər sahələr üzrə xaricdən investisiyalar cəlb olunmalıdır" - EKSPERT
İqtisadçı ekspert Toğrul Maşallıdan açıqlama
Hər il olduğu kimi bu il də dünya liderləri, biznes adamları, iri şirkət sahibləri Davos Dünya İqtisadi Forumunda bir araya gəliblər.
Davos forumunun postneft dövründə ölkəmiz üçün nə kimi əhəmiyyəti var? Xarici investisiyaların başqa sahələr üzrə ölkəmizə cəlb edilməsi mümkündürmü? Rusiyanın Ukraynaya müdaxiləsinin qlobal iqtisadi nəticələrinin aradan qaldırılması barədə Davosda hansı müzakirələr aparılacaq?
Bu suallara iqtisadçı ekspert Toğrul Maşallı Qazet.az-a açıqlamasında bildirib.
Davos forumu müzakirə və hər hansı qərarların verilməsi yeridir. İndiki məqamda gələcəklə bağlı müzakirələr isə əsas dönüş nöqtəsi ola bilər. Azərbaycana əhəmiyyətinə gəldikdə isə əsasən sənədlərdə, reytinqlərdə əhəmiyyətli tərəflərini görürük. Amma fikrimcə ümumi olaraq, bu dəqiqə əhəmiyyətli bir tərəfi yoxdur. Çünki Azərbaycan gələcək cəmiyyəti üçün nələrsə qurmur. Təəsüflər olsun ki, yenə də neft və qaz sektoruna əsas istiqamət verilir. Yeri gəlmişkən bizimkilərin çıxışında da bunu müşahidə etmək olar.
Azərbaycan iqtisadiyyatının neft sektoru xarici investisiyalar hesabına böyüyür. Amma məsələ odur ki, indiki mərhələdə bunun edilməsi üçün heç bir xüsusi addımlar atılmır. Yəni, ölkədə daxili, iqtisadi institutların işlənməsi, bazar iqtisadiyyatı çərçivəsində lazım olan istitutlar olsun, məhkəmə olsun, hüquqların, azadlıqların işlənməsi olsun, eyni zamanda iş şəraiti ilə bağlı məsələlər xarici investisiyaların cəlb edilməsi indiki mərhələdə bir az çətin görünür. Biz görürük ki, Azərbaycanda qaz və nef sektorundan başqa digər sahələrə xaricdən investisiyalar cəlb olunmur. Bizdə əsasən türk şirkətləri var. Onlar da yerli sifarişləri yerinə yetirirlər. Əlbəttə ki, investisiyaların faydaları var. Çünki ölkəmiz neftdən başqa digər sahələrdə də inkişaf etməlidir. Təbii ki, onların inkişafı üçün də vəsait lazımdır. Daxili bazarda bu vəsait yoxdur. Vəsait xaricdən gəlsə daha effektiv olar. Sadəcə danışıqlar, xüsusi müqavilələr səviyyəsində mümkündür. İndiki halda bu qeyri mümkündür.
Ukrayna-Rusiya məsələsinə gəldikdə isə Davosda hal-hazırda konkret olaraq əsasən bu məsələlər müzakirə olunur. Sadəcə gələcək transformasiya baş verəcək. Yəni, nef və qaz yanacaqlarından imtina necə baş verə biləcək. Gələcəkdə iqtisadiyyat necə qurulmalıdır ki, astroloqlar azalsın. Ümumiyyətlə necə qurulmalıdır ki, belə bir hadisələr baş verməsin. Müzakirənin əsas mövzuları bunlardır. Və nəticələri necə olacaq müzakirələr əsnasında görəcəyik.