Bakı 23˚C Windy

Azərbaycana gətirilən avtomobillərə görə AKSİZ DƏRƏCƏSİ ARTIRILDI - SİYAHI

Biznes 11:16 02 fev, 2022

Azərbaycanda avtomobillərin mühərrikin həcmi və istehsal tarixinə görə aksiz dərəcələrində dəyişiklik olub

Azərbaycana gətirilən avtomobillərə görə AKSİZ DƏRƏCƏSİ ARTIRILDI - SİYAHI

Azərbaycanda avtomobillərin mühərrikin həcmi və istehsal tarixinə görə aksiz dərəcələrində dəyişiklik olub.

Qazet.az xəbər verir ki, mühərrikin həcmi 3.000 kubsantimetrdən çox və istehsal tarixi 3 ildən artıq olan minik avtomobillərinə görə aksiz dərəcələri dəyişdirilib.

Belə ki, Azərbaycana idxal olunan minik avtomobillərinin istehsal tarixi 7 ildən artıq olduqda, aksiz dərəcələrinə əsasən hesablanmış məbləğə benzin mühərrikli minik avtomobillərinə münasibətdə 1,2; dizel mühərrikli minik avtomobillərinə isə 1,5 yüksəldici əmsal tətbiq edilməklə hesablanacaq.