Azərbaycana gətirilən hibrid avtomobilləri vergidən azad edilir
Gündəm
13:25 03 noy, 2021
Bununla bağlı Vergi Məcəlləsinə dəyişiklik təklif olunur
Azərbaycana gətirilən hibrid avtomobilləri vergidən azad edilir.
Qazet.az-ın məlumatına görə, bununla bağlı Vergi Məcəlləsinə dəyişiklik təklif olunur.
Dəyişikliklə istehsal tarixi 3 ildən və mühərrikinin həcmi 2500 kubsantimetrdən çox olmayan hibrid avtomobillərin Azərbaycana idxalı və satışı - 2022-ci il yanvarın 1-dən 3 il müddətinə vergi ödəməkdən azad ediləcək.