Azərbaycana meyvə-tərəvəz idxalı artıb
Biznes
09:49 12 dek, 2021
İdxal edilən meyvə-tərəvəzin dəyəri 173,7 milyon dollar təşkil edib
![Azərbaycana meyvə-tərəvəz idxalı artıb](https://qazet.az/resized/fit900x500/center/pages/41753/2794498c-7a22-4f3c-bf38-8167a0feec8b.jpeg)
Cari ilin yanvar-oktyabr aylarında ölkəyə 315 min ton meyvə-tərəvəz idxal olunub.
Qazet.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, idxal edilən meyvə-tərəvəzin dəyəri 173,7 milyon dollar təşkil edib.
Qeyd edək ki, ötən ilin eyni dövründə 158,8 milyon dollarlıq 275,6 min ton meyvə-tərəvəz idxal edilib.