Bakı 21˚C Windy

Kənan Quluzadə: Azərbaycanda xarici qonaqların sayı yayda çox olur

Biznes 12:00 15 dek, 2021

Dövlət Turizm Agentliyinin mətbuat katibi Kənan Quluzadə açıqlamasında bildirib ki, əsas hədəf ölkə turizmində mövsümlük problemini aradan qaldırmaqdır

Kənan Quluzadə: Azərbaycanda xarici qonaqların sayı yayda çox olur

Azərbaycan hava yolu sərhədlərini iyun ayının 10-dan açıb və iyul ayından hiss olundu ki, turist sayında az da olsa artım var.

Bu sözləri Qazet.az-a açıqlamasında Dövlət Turizm Agentliyinin mətbuat katibi Kənan Quluzadə deyib.

"Bu ilin noyabr ayını, ötən ilin noyabr ayı ilə müqayisə edəndə 13.5% artım olduğunu görürük. Bu nəticə isə xaricdən gələn turistlərə nəzərəndir. Amma pandemiyadan öncəki dövrü götürəndə hələ də Azərbaycanda mövsüm problemi var. Biz çalışırıq ki, bu problemi həll edək ki, Azərbaycanda vahid təqvim üzrə üstün nəticələr əldə edək. Pandemiyadan öncəki dövrlərdə yayda gələn qonaqların sayı qış mövsümündəki saydan az da olsa çox idi. Daxili turizmə gəldikdə isə cari ilin yanvarında tam başlanılıb. Şərtlər yumuşaldıqca daxili turizm üçün çox fürsətlər yaranıb" - deyə Kənan Quluzadə bildirib.