Azərbaycanda 12,5 tona yaxın yararsız süd məhsulu məhv edilib
Cəmiyyət
13:51 07 yan, 2023
![Azərbaycanda 12,5 tona yaxın yararsız süd məhsulu məhv edilib](https://qazet.az/resized/fit900x500/center/pages/139051/69a4463f-a26c-38c3-b40e-768938a72d58-850.jpg)
İstehlaka yararsız 72 adda, 12,5 tona yaxın müxtəlif növ süd məhsulları məhv edilib.
Bu barədə Qazet.az-a Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) məlumat verilib.
“AZ FP CO LTD” MMC-nin istehlaka yararsız və istifadə müddəti bitmiş qida məhsullarının məhv edilməsi ilə bağlı müraciəti əsasında, Agentlik əməkdaşları tərəfindən 72 adda, 12,5 tona yaxın müxtəlif növ süd məhsulu “Təmiz Sumqayıt-Kənan” MMC-yə məxsus tullantıların zərərsizləşdirilməsi poliqonunda məhv edilib