Bakı 15˚C Mostly sunny

Azərbaycanda 43 dövlət əmlakı özəlləşdirildi

Gündəm 17:43 11 yan, 2023
Azərbaycanda 43 dövlət əmlakı özəlləşdirildi

Yanvarın 10-da tarixində keçirilən hərracda 2 səhmdar cəmiyyətin səhm paketi, 41 nəqliyyat vasitəsi satılıb. Hərraca çıxarılan dövlət əmlaklarına ümumilikdə 139 sifariş qəbul olunub.

Bu barədə İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti məlumat yayıb.

Qazet.az xəbər verir ki, hərracda “Bakavtoservis” və “Goranboy Aqrotexservis” açıq səhmdar cəmiyyətlərinin 30 faizlik  səhm paketi özəlləşdirilib. 

Nəqliyyat vasitələri üzrə keçirilən hərrac rəqabətli olub. Belə ki, “Nissan Sunny” markalı avtomobilin ilkin start qiyməti 4 500 manat olsa da, ən son təklif 7 000 manatadək yüksəlib. İlkin start qiyməti 1 000 manat olan “Traktor MTZ-82” markalı nəqliyyat vasitəsi 4 600 manata özəlləşdirilib.

Hərracda özəlləşdirilən əmlakların siyahısı ilə buradan tanış olmaq mümkündür: (https://bit.ly/30SU4lu)

Məlumat üçün bildiririk ki, bu ay üzrə növbəti hərraclar 24, 27 və 31 yanvar tarixlərində keçiriləcək. Bu hərraclara ümumilikdə 60 dövlət əmlakı çıxarılacaq. Onlardan 5-i səhmdar cəmiyyətin səhm paketi, 25-i kiçik dövlət müəssisə və obyekti, 30-u isə nəqliyyat vasitəsidir.