Bakı 20˚C Sunny

Azərbaycanda 56 mindən artıq ağac əkilib

Cəmiyyət 20:21 11 mar, 2022

5 hektar ərazidə 10 000-dən çox meşəcinsli ağac tingi əkilib

Azərbaycanda 56 mindən artıq ağac əkilib

Son 3 gündə respublika ərazisində 56 mindən artıq ağac əkilib

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən Qazet.az-a verilən xəbərə görə, ölkə ərazisinin meşə fondu torpaqlarının açıq və seyrək ərazilərində yaz ağac əkini çərçivəsində silsilə ağacəkmə və meşəbərpa tədbirləri davam edir. Bu gün Siyəzən və Samux rayonlarının meşə fondu torpaqlarında Regional Meşə Təsərrüfatı Mərkəzlərinin əməkdaşlarının iştirakı ilə 5 hektar ərazidə 10 000-dən çox meşəcinsli ağac tingi əkilib.