Bakı 21˚C Windy

Azərbaycanda ailələrin nə qədər kredit borcu var?

Biznes 14:20 22 dek, 2021

Azərbaycanda ailələrin 54,4 faizinin kredit borcu var

Azərbaycanda ailələrin nə qədər kredit borcu var?

Azərbaycanda ailələrin 54,4 faizinin kredit borcu var.

Qazet.az xəbər verir ki, bu barədə Azərbaycanda mövcud ailə münasibətləri: "Sosial-Psixoloji Təhlil" ictimai rəy sorğusu və sosioloji tədqiqatın nəticələri zamanı məlum olub.

Bu baxımdan respondentlərə "Hazırda ailənizin krediti, yaxud borcu varmı" sualı ünvanlanıb. Rəyi öyrənilənlərin yarısından bir az çoxunun (54,4%) ödəməli olduğu kredit, 28,3 faizinin isə ödəməli olduğu borcu var. 25% ailə isə kənar şəxsə borc verdiyini bildirib. Borc verməyənlərin sayının 75% olması yüksək rəqəm olub, bu, ailələrin maddi vəziyyətinin borc verəcək səviyyədə olmadığını göstərir.