Azərbaycanda aktiv vergi ödəyicilərinin sayı bu il 5 % artıb
Biznes
23:11 17 sen, 2021
Bu il sentyabrın 1-nə Azərbaycanda aktiv vergi ödəyicilərinin sayı ilin əvvəli ilə müqayisədə 4,7 % artaraq 645 189 olub.
Bu il sentyabrın 1-nə Azərbaycanda aktiv vergi ödəyicilərinin sayı ilin əvvəli ilə müqayisədə 4,7 % artaraq 645 189 olub.
Qazet.az xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti məlumat yayıb.
Məlumata görə, hesabat dövründə aktiv ƏDV ödəyicilərinin sayı 11,8 % artıb və 32 585-ə çatıb. Aktiv obyektlərin (təsərrüfat subyektlərinin) sayı isə ilin əvvəli ilə müqayisədə 6,1 % artaraq 177 274-ə çatıb.