Azərbaycanda aktivləri 1 milyardan yuxarı olan banklar hansılardır? - Siyahı
Biznes
11:53 01 noy, 2021
Azərbaycanda 5 bankın aktivləri 1 milyardı keçib
Azərbaycanda fəaliyyət göstərən 26 bankdan 5-nin bu il oktyabrın 1-nə aktivləri 1 milyard manatdan çox olub.
Qazet.az həmin bankların siyahısını təqdim edir:
“Azərbaycan Beynəlxalq Bankı” - 9 431,897 milyon manat
“PAŞA Bank” - 6 068,042 milyon manat
“Kapital Bank” - 5 916,038 milyon manat
“Xalq Bank” - 2 221,242 milyon manat
“Bank Respublika” - 1 194,328 milyon manat
Qalan 21 bankdan 7-də aktivlər 500 milyon manatdan 1 milyard manata qədər, 12 bankda 100-500 milyon manat arasında, 2 bankda isə 100 milyon manatdan azdır.