Bakı 10˚C Intermittent clouds

Azərbaycanda aşan ağac magistral yolu bağlayıb: Yüzlərlə avtomobil yolda qalıb

Cəmiyyət 15:24 06 iyl, 2022

Bu gün səhər saat 10:30 radələrində Talıstan kəndi ərazisində, Muğanlı-İsmayıllı yolunun kənarındakı iri gövdəli ağaclardan biri aşıb

Azərbaycanda aşan ağac magistral yolu bağlayıb: Yüzlərlə avtomobil yolda qalıb

İsmayıllı rayonunda irigövdəli ağac aşaraq Muğanlı-İsmayıllı yolunu bağlayıb.

Qazet.az xəbər verir ki,  bu gün səhər saat 10:30 radələrində Talıstan kəndi ərazisində, Muğanlı-İsmayıllı yolunun kənarındakı iri gövdəli ağaclardan biri aşıb.

Nəticədə yolun hər iki hərəkət zolağı bağlanıb. Yolda nəqliyyatın hərəkəti dayanıb, yüzlərlə avtomobil yolda qalıb. Hazırda yolun açılması üçün ağacın kəsilməsi işləri görülür.