Azərbaycanda aşkarlanan saxta valyutaların həcmi açıqlanıb
Gündəm
13:52 29 okt, 2021
Bu barədə Mərkəzi Bankın Baş direktoru Aqşin Vəliyev mətbuat konfrasında deyib
Azərbaycan Mərkəzi Bank (AMB) tərəfindən banklara dollar qəbulunu dayandırmaqla bağlı hansısa göstəriş verilməyib.
Qazet.az xəbər verir ki, bu barədə Mərkəzi Bankın Baş direktoru Aqşin Vəliyev mətbuat konfrasında deyib.
"Biz bilmirik ki, bu məlumatlar hansı mənbələrdən yayılır", - o bildirib.
A.Vəliyevin sözlərinə görə, AMB kommersiya banklarına bir sıra tövsiyyələr verib:
“Mərkəzi Bank olaraq tövsiyə edirik ki, onlar əskinas qəbulu məntəqələrini və sistemlərini uyğunlaşdırsın ki, saxta xarici valyutaları aşkar edə bilsin. Bu günə qədər 125 ədəd saxta valyuta aşkar edilib. Bu isə beynəlxalq təcrübədə o qədər də böyük göstərici deyil”.