Bakı 14˚C Cloudy

Azərbaycanda avtomobillərin parklanması müddəti 48 saata qədər uzadılır

Gündəm 15:33 24 yan, 2022

Bu, "Yol hərəkəti haqqında" qanuna dəyişiklik layihəsində əksini tapıb

Azərbaycanda avtomobillərin parklanması müddəti 48 saata qədər uzadılır

Azərbaycanda avtomobillərin parklanması ilə bağlı qanunvericiliyə dəyişiklik edilir.

Qazet.az-ın xəbərinə görə, bu, "Yol hərəkəti haqqında" qanuna dəyişiklik layihəsində əksini tapıb.

Dəyişikliyə əsasən, bir parklanmanın müddəti 48 saatdan artıq ola bilməz və sürücülər nəqliyyat vasitəsinin parklanma yerində 48 saatdan artıq saxlanmasına görə inzibati məsüuliyyət daşıyırlar.

Mənbə