Bakı 14˚C Intermittent clouds

Azərbaycanda "AvtoVAZ"ın satışı dayandı

Biznes 18:25 01 iyn, 2022

Bundan əvvəl şirkətdən verilən açıqlamada iyun ayına qədər bütün sifarişlərin "AvtoVAZ" tərəfindən qəbul edildiyi bildirilmişdi

Azərbaycanda "AvtoVAZ"ın satışı dayandı

Azərbaycanda yeni "Lada" modellərinin satışı dayanıb.

Qazet.az xəbər verir ki, bu markanın Azərbaycanda rəsmi təmsilçisi "Xəzər-Lada"nın satışları aprel ayından etibarən dayanıb. Səbəb kimi Rusiyada istehsalın dayanması və buna görə də Azərbaycana yeni modellərin gətirilməməsi göstərilir.

"Xəzər-Lada"nın rəhbərliyindən "APA-Economics"ə məlumatı təsdiqləsələr də, satışların dayanmadığı bildirilib.

Qeyd edək ki, bundan əvvəl şirkətdən verilən açıqlamada iyun ayına qədər bütün sifarişlərin "AvtoVAZ" tərəfindən qəbul edildiyi bildirilmişdi.

Xatırladaq ki, bu ilin birinci rübündə Azərbaycanda 268 yeni "Lada" satılıb. Rusiya avtomobilin markası bu göstərici ilə ən çox satılan avtomobillər siyahısında dördüncü olub.