Bakı 15˚C Windy

Kənan Quluzadə: "Azərbaycanda dekabr ayının 15-dən qış mövsümünə başlanılır"

Cəmiyyət 17:09 14 dek, 2021

Dövlət Turizm Agentliyinin mətbuat katibi Kənan Quluzadə açıqlamasında bildirib ki, əsas hədəf turistlərin sağlamlığının qorunmasıdır

<span style="color:red">Kənan Quluzadə</span>: "Azərbaycanda dekabr ayının 15-dən qış mövsümünə başlanılır"

“Tərəfimizdən “Yeni il” mövsümü ilə əlqədar daxili və xarici bazarlarda tətqiqat işləri aparılıb. Digər tərəfdən isə insanların sağlamlığının qorunması ilə bağlı lazımı monitorinqlər keçirilib”.

Bu sözləri Qazet.az-a açıqlamasında Dövlət Turizm Agentliyinin mətbuat katibi Kənan Quluzadə deyib.

"Əsasən 5 istiqamətdə - Bakı-Şimal, Bakı-Şimal-Qərb, Bakı-Qərb, Bakı-Cənub və ayrılıqda Naxçıvan -turistlərin səfər edəcəyi gözlənilir. Qış mövsümü ilə əlaqədar yeni təkliflər hazırlanır. Artıq “Şahdağ” kompleksində hazırlıqlara başlanılıb və dekabr ayının 15-dən mövsümə uyğun fəaliyyətə start veriləcək. Bunu da qeyd edim ki, Azərbaycanda qış mövsümü ilə bağlı 3 kompleks var: Şahdağ, Tufandağ və Naxçıvanda yerləşən qış kompleksi. Digər tərəfdən mövsümsüz turizm də öz axarında davam edir" - deyə Dövlət Turizm Agentliyinin sözçüsü bildirib.

 

Dönməz Hüseyin